Sumı şəhər meri: "Azərbaycanlılar Ukraynada keçirilən seçkilərdə fəaldır"

Sumı şəhər meri: "Azərbaycanlılar Ukraynada keçirilən seçkilərdə fəaldır" Hazırda dünya pandemiya dövrünü yaşayır və ciddi sınaq qarşısındadır, Azərbaycanın bu problemin həlli ilə bağlı gördüyü tədbirlər örnək sayıla bilər
Diaspor
568
11 Sentyabr , 2020 13:53
Sumı şəhər meri: Azərbaycanlılar Ukraynada keçirilən seçkilərdə fəaldır
Oleksandr Lisenko

“Azərbaycan Ukraynaya ən yaxın dost ölkələrdən biridir və bu dostluq xalqlarımız arasında ünsiyyətdə də qabarıq hiss olunur”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Ukraynanın Sumı şəhərinin meri Oleksandr Lisenko bildirib.

O qeyd edib ki, bu gün ölkə rəhbərlikləri arasında isti münasibətlər regionlararası əlaqələrdə, o cümlədən bölgələrdə yaşayan azərbaycanlıların fəallığında da hiss olunur:

“Bu il Ukraynada yerli radalara və meriyalara seçki keçiriləcək. Ukraynada yaşayan azərbaycanlılar da bu məsələdə həm namizəd, həm də seçici kimi fəaldırlar” - deyə, mer bildirib.

O. Lisenko bildirib ki, hazırda dünya pandemiya dövrünü yaşayır və ciddi sınaq qarşısındadır, Azərbaycanın bu problemin həlli ilə bağlı gördüyü tədbirlər isə örnək sayıla bilər:

“Biz statistikanı izlədikdə Azərbaycanın bu problemdən daha az itki ilə ötüşdüyünü, hətta erkən olaraq yaşıl zonaya sahib olduğunu görürük. Bu, Avropa üçün, xüsusilə, bizim kimi qırmızı zona elan olunan şəhərləri olan ölkələr üçün diqqət cəlb edir” - deyə, o əlavə edib.

Son xəbərlər

Orphus sistemi