Şotlandiyada Azərbaycan poeziyası gecəsi keçirilib

Şotlandiyada Azərbaycan poeziyası gecəsi keçirilib Şotlandiyada yerləşən Edinburq Poeziya Kitabxanasında Azərbaycan poeziya gecəsi keçirilib.
Diaspor
9 Noyabr , 2023 21:13
Şotlandiyada Azərbaycan poeziyası gecəsi keçirilib

Şotlandiyada yerləşən Edinburq Poeziya Kitabxanasında Azərbaycan poeziya gecəsi keçirilib.

Azərbaycanın Birləşmiş Krallıqdakı Səfirliyindən “Report”a verilən məlumata görə, Zəfər Gününə həsr olunmuş tədbirdə Bəxtiyar Vahabzadə, Cabir Novruz, Məmməd Araz kimi Azərbaycan şairlərinin şeirləri səslənib.

Ədəbi gecədə Azərbaycan poeziyası kitablarının təqdimatı da keçirilib. Kitabxanaya təqdim edilən nəşrlər arasında Nizami Gəncəvi, Məshəti Gəncəvi, İmadəddin Nəsimi, Səməd Vurğunun əsərləri və digər kitablar yer alıb.

Tədbirdə Şotlandiyanın müxtəlif şəhərlərində yaşayan yerli sakinlər və peşəkarlar, xarici xalqların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, elmi və mədəni xadimlər, tələbələr, Edinburq Poeziya Kitabxanasının rəhbəri Asif Xan və Şotlandiya şairəsi Şila Smit də iştirak ediblər.

Kitabxana rəhbərliyi ilə görüşü zamanı “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının sədri Nərgiz Morrison bildirib ki, hər iki ölkə arasındakı uzaq məsafə Şotlandiyadakı kitabxanaların Azərbaycan haqqında müvafiq kitablar və digər materiallarla təmin edilməsində müəyyən çətinlik yaradır.

“Caspian Circle” təşkilatının yaradıcısı Fuad Ələkbərov isə Azərbaycan irsinin təbliğində və ədəbiyyata marağının artmasında bu cür tədbirlərin əhəmiyyəti vurğulayıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlər Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə həm də milli mətbəximiz və musiqimiz qonaqlara təqdim edilib.

Son xəbərlər

Orphus sistemi