Bakı. 21 mart. REPORT.AZ/ Şotlandiyada Novruz bayramı qeyd olunub. Tədbir "Buta" Azərbaycan-Şotlandiya Assosiasiyası tərəfindən təşkil edilib.
Təşkilatdan "Report"a verilən məlumata görə, bayram mərasimində müxtəlif ölkələrdən 70-ə yaxın insan iştirak edib.
Tədbir zamanı qonaqlara Novruzun kökləri və ənənələri barədə məlumat verilib, Novruz və Azərbaycan haqqında videoçarxlar nümayiş etdirilib.
Qonaqlar Azərbaycan yeməklərini dadıblar və milli rəqs və musiqimizlə tanış olublar.
Həmçinin Azərbaycan, Şotlandiya və Novruz haqqında suallardan ibarət viktorina keçirilib.


