"Səyyar ASAN Xidmət"in İstanbul, Ankara, Bursa, Ərdahan, Əskişəhər, Van, Qarsda xidmət göstərməsi təklif edilir

"Səyyar ASAN Xidmət"in İstanbul, Ankara, Bursa, Ərdahan, Əskişəhər, Van, Qarsda xidmət göstərməsi təklif edilir "Səyyar ASAN Xidmət"in İstanbul, Ankara, Bursa, Ardahan, Əskişəhər, Van, Qarsda xidmət göstərməsi təklif edilir.
Diaspor
2 Sentyabr , 2022 12:51
Səyyar ASAN Xidmətin İstanbul, Ankara, Bursa, Ərdahan, Əskişəhər, Van, Qarsda xidmət göstərməsi təklif edilir
Yəhya Babanlı

"Səyyar ASAN Xidmət"in İstanbul, Ankara, Bursa, Ardahan, Əskişəhər, Van, Qarsda xidmət göstərməsi təklif edilir".

Bunu "Report"a açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin 4-cü ərazi şöbəsinin (Asiya, Türkiyə, Avstraliya və Okeaniya) müdir müavini Yəhya Babanlı bildirib.

O deyib ki, Türkiyədə yaşayan Azərbaycan vətəndaşları "Teknofest Karadeniz" çərçivəsində Samsunda təşkil edilmiş "Səyyar ASAN Xidmət"ə müraciət etdikdən sonra hazır sənədləri Ankaradakı səfirliyimizdən almalıdırlar:

"Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri olaraq bir neçə gün ərzində burada həmvətənlərimiz arasında sorğu apardıq və məlum oldu ki, bir məsələ ilə bağlı ən azı iki dəfə başqa şəhərə getmək onlar üçün ciddi narahatlıq yaradır".

Onun sözlərinə görə, Komitə rəhbərliyi həmin problemin həlli üçün əməli addımlar atıb:

"Bu problemi biz yerində həll etməyə nail olduq. Məhz Dövlət Komitəsinin rəhbərliyinin müraciəti əsasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət") sədri Ülvi Mehdiyev bu məsələyə yerində müdaxilə etdi. Yerindəcə səfirliyimizlə əlaqə yaradıldı və qərara alındı ki, Türkiyədə olan həmvətənlərimizin müraciəti əsasında hazır olan sənədlər poçt vasitəsi ilə onların yaşadığı ünvana çatdırılacaq".

Komitə rəsmisi əlavə edib ki, Samsunda təşkil edilmiş "Səyyar ASAN Xidmət"in Türkiyənin digər şəhərlərində də olması tövsiyə olunur:

"Bildiyiniz kimi Diasporla İş üzrə Dövlət Komitəsi ilə "ASAN Xidmət" bir neçə il bundan öncə müvafiq anlaşma memorandumu imzalamışdı. Bu memorandumun mahiyyəti ondan ibarət idi ki, Azərbaycandan kənarda yaşayan soydaşlarımıza, həmvətənlərimizə müvafiq xidmətlər göstərilsin, onların sənədləşmə ilə bağlı problemləri yerindəcə həllini tapsın. Bu, ilk dəfə pilot layihə kimi "Teknofest Karadeniz" festivalı çərçivəsində reallaşdı və çox effektiv oldu. Gün ərzində təxminən 100-dən artıq həmvətənimiz "Səyyar ASAN Xidmət"ə müraciət edir. Marağın böyük olması insanlarımızın "ASAN Xidmət"in müxtəlif sahələrdəki xidmətlərinə böyük ehtiyacın olmasını göstərir. Bu xidmətlərin coğrafi dairəsini genişləndirib İstanbul, Ankara, Bursa, Ardahan, Əskişəhər, Van, Qars kimi azərbaycanlıların daha kompakt yaşadığı şəhərlərdə keçirilməsi məqbuldur".

Son xəbərlər

Orphus sistemi