Sergey Borzov Ukraynada azərbaycanlılara yeni təkliflər irəli sürüb

Sergey Borzov Ukraynada azərbaycanlılara yeni təkliflər irəli sürüb Ukraynanın Vinnitsa vilayəti Administrasiyasının rəhbəri (qubernator) Sergey Borzov vilayətin fəal azərbaycanlıları ilə görüşüb.
Diaspor
13 Dekabr , 2021 09:14
Sergey Borzov Ukraynada azərbaycanlılara yeni təkliflər irəli sürüb

Ukraynanın Vinnitsa vilayəti Administrasiyasının rəhbəri (qubernator) Sergey Borzov vilayətin fəal azərbaycanlıları ilə görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə yerli Radanın (parlament) azərbaycanlı deputatı, “Atəş” Azərbaycan Cəmiyyətinin sədri Teymur Abuşov və yerli iş adamı, ictimai fəal Əliş Səfərov iştirak ediblər.

Görüş zamanı azərbaycanlılar vilayət rəhbərinə fəaliyyətləri ilə bağlı məlumatlar verib, bölgənin ictimai-siyasi həyatında, aparılan islahatlarda daha nə kimi töhfə verə biləcəkləri ilə bağlı təkliflərə hazır olduqlarını qeyd ediblər.

Sergey Borzov isə azərbaycanlıların vilayətdə istər iqtisadi, istərsə də ictimai-siyasi həyatda fəallığında ölkə rəhbərliyi səviyyəsində məmnunuqlarını ifadə edərək deyib ki, aparılan islahatlarda digər millətlərin nümayəndələri kimi azərbaycanlıların da yeni töhfələrinə zərurət var.

Qarşılqlı müzakirələr zamanı vilayət rəhbəri istər iqtisadi layihələr, istərsə də ictimai-siyasi proseslərlə bağlı yeni təkliflərini azərbaycanlılarla bölüşüb, yazılı təqdim edəcəyini bildirib. Görüş zamanı T. Abuşov etnik xalqlar adından Ukrayna Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevin də salamlarını qubernatora çatdırıb.

Son xəbərlər

Orphus sistemi