"Azərbaycanın Gürcüstandakı səfirliyi ölkənin Azərbaycandilli məktəblərinə göndərilən dərs vəsaitlərinin təhsil müəssisələrinə çatdırılması prosesini diqqətdə saxlayacaq".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bunu səfirliyin birinci katibi Sərxan İsmayılov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dərsliklərin bir neçə məktəbə çatdırılması prosesində Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin məsul əməkdaşları ilə birgə səfirliyin nümayəndələri də iştirak edəcək.
S.İsmayılov qeyd edib ki, dərs ilinin başlanmasına qədər Azərbaycandilli məktəblərin direktorları ilə səfirlikdə görüşün keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan dövləti hər il qonşu ölkənin Azərbaycandilli məktəblərinə dərs vəsaitləri göndərir.
Bu il Azərbaycanın