Səfirlik: Belarusda saxlanılan şəxsin Azərbaycan diasporuna aidiyyatı yoxdur

Səfirlik: Belarusda saxlanılan şəxsin Azərbaycan diasporuna aidiyyatı yoxdur Azərbaycanın Belarusdakı Səfirliyi Vitebsk vilayətində Azərbaycan diasporu rəhbərlərindən birinin saxlanılması barədə deyilənləri təkzib edib.
Diaspor
29 Mart , 2019 14:52
Səfirlik: Belarusda saxlanılan şəxsin Azərbaycan diasporuna aidiyyatı yoxdur

Azərbaycanın Belarusdakı Səfirliyi Vitebsk vilayətində Azərbaycan diasporu rəhbərlərindən birinin saxlanılması barədə deyilənləri təkzib edib.

Səfirlik nümayəndəsi "Report"a Azərbaycan vətəndaşının saxlanılmasına dair hər hansı rəsmi məlumatın daxil olmadığını bildirib.

O, Belarus Daxili İşlər Nazirliyinə görə, “Azərbaycan diasporu liderlərindən birinin saxlanıldığı Orşa rayonunda" hazırda diaspor rəhbərlərindən heç kimin olmadığını diqqətə çatdırıb.

“Həmin rayonda diaspor rəhbəri vardı, üç-dörd ildir vəfat edib. O vaxtdan orada hər hansı diaspor qurumu qeydiyyatdan keçməyib. Səfirliyimiz diasporun bütün rəhbərlərini tanıyır, onlarla daim təmasdadır. Ola bilsin, saxlanıldığı vaxt həmin şəxs adını yüksəltmək naminə özünü diaspor lideri kimi təqdim edib, amma bu, həqiqəti əks etdirmir”, – səfirlikdən vurğulayıblar.

Qeyd edək ki, ötən gün Belarus Daxili İşlər Nazirliyi Vitebsk vilayəti Orşa rayonunun Babiniçi şəhərində miqrasiya qanunlarını pozduğuna görə “Azərbaycan diasporu liderlərindən biri olan 42 yaşlı Azərbaycan vətəndaşı”nın saxlanıldığını açıqlamışdı. Belə ki, adı çəkilməyən həmin şəxsin vətəninə deportasiya ediləndən sonra qanunsuz olaraq ölkə ərazisinə gəlməkdə şübhəli bilindiyi qeyd olunub. Məsələ ilə bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qəti imkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi