Sabir Rüstəmxanlı Cenevrəyə səfər edəcək

Sabir Rüstəmxanlı Cenevrəyə səfər edəcək İran azərbaycanlılarının durumu və Urmiya gölündəki ekoloji vəziyyətlə bağlı dinləmələr keçiriləcək
Diaspor
19 Sentyabr , 2015 12:21
Sabir Rüstəmxanlı Cenevrəyə səfər edəcək

Bakı. 19 sentyabr. REPORT.AZ/ Sentyabrın 21-də Cenevrədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığında İran azərbaycanlılarının, İranda yaşayan milli azlıqların durumu və Urmiya gölündəki ekoloji vəziyyətlə bağlı dinləmələr keçiriləcək. Dünya Azərbaycanlıları Konqresinin (DAK) Mətbuat və İnformasiya Xidmətindən “Report”a verilən məlumata görə, DAK-ın həmsədri, millət vəkili Sabir Rüstəmxanlı müzakirələrə qatılmaq və bu mövzuda çıxış etmək məqsədilə senytabrın 20-də Cenevrəyə yola düşəcək.

Dinləmələrdə DAK həmsədri ilə yanaşı, Güney Azərbaycan Demokrat Partiyasını (GADP) başqanı Mahmud Bilgin, Avropa Azərbaycanlıları Alyansının (AAA) üzvü Aida Bilgin və İrandakı milli azlıqlarım nümayəndələri iştirak edəcəklər. 

Son xəbərlər

Orphus sistemi