Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub

Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov və sədr müavini Həşim Əliyevlə görüşüb.
Diaspor
22 Noyabr , 2022 16:46
Rusiyadakı Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov və sədr müavini Həşim Əliyevlə görüşüb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

F.Muradov Moskvadakı soydaşlarımızın bir araya gəlməsi istiqamətində görülən işləri, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliğ olunması istiqamətində fəallığın hiss olunmasını yüksək qiymətləndirib, diaspor təşkilatının fəaliyyətinin daha da genişləndirilməsinə dair tövsiyələrini nəzərə çatdırıb.

İndiyədək görülən işlər barədə ətraflı məlumat verən təşkilat rəhbərləri Komitənin çoxşaxəli fəaliyyət istiqamətlərinin Moskvadakı diasporumuz tərəfindən təqdir olunduğunu vurğulayıblar.

Görüş təşkilatın gələcək planlarına dair fikir mübadiləsinin aparılması ilə yekunlaşıb.

Qeyd edək ki, Bəxtiyar Həsənov bu ilin iyun ayından “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri seçilib.

Son xəbərlər

Orphus sistemi