Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır

Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır Rusiyanın 62 regionundan olan Azərbaycan icmalarının rəhbərləri ÜAK prezidentinə müraciət ediblər
Diaspor
1898
24 Noyabr , 2017 17:15
Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor təşkilatı yaradır

Bakı. 24 noyabr. REPORT.AZ / Rusiya azərbaycanlıları yeni diaspor təşkilatı yaratmaq istəyir.

"Report"un Rusiya bürosu xəbər verir ki, Rusiyanın 62 regionundan olan Azərbaycan icmalarının rəhbərləri Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) prezidentinə bununla bağlı məktub ünvanlayıblar.

ÜAK-ın rəsmi saytında dərc olunan məktubda onlar akademik Fazil Qurbanovu yeni yaranacaq təşkilata rəhbərlik etməyi təklif ediblər.

Müraciətdə deyilir ki, Rusiyada azərbaycanlıların müxtəlif diaspor təşkilatlarının sayının çox olmasına baxmayaraq, ÜAK-ın ləğvi bu sahədə böyük boşluq yaradıb.

"Ümummilli lider Heydər Əliyevin və Vladimir Putinin razılığı ilə yaradılmış təşkilat, təəssüf ki, Rusiyada göstərdiyi fəallığını itirdi. Bir çox səhvlərə yol verildi və Rusiyanın demokratik prinsiplər ölkəsinə çevrildiyi bir vaxtda belə səhvlər onun sonunu gətirdi", - müraciətdə deyilir.

Müraciəti imzalayanlar Fazil Qurbanovun ictimai fəaliyyətini qeyd edərək onu yeni təşkilata rəhbərlik etməyə və soydaşlarını birləşdirməyə çağırıblar. 

Son xəbərlər

Orphus sistemi