Azərbaycan Respublikasının
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, görüşlərdə Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri
Görüşlərdə Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti və diaspor sahəsində ikitərəfli əməkdaşlıq istiqamətləri, soydaşlarımızın Rusiya cəmiyyətinə inteqrasiyası və onların təmsil etdiyi qurumlar arasında əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın diaspor fəalları ilə keçirilən görüşü giriş sözü ilə açan səfir P.Bülbüloğlu tədbir iştirakçılarını F.Muradovun səfərinin mahiyyəti və məqsədi haqqında məlumatlandırıb.
F.Muradov rəhbərlik çıxışında etdiyi komitənin son il yarım müddətdə fəaliyyəti haqqında məlumat verərək ölkəmizdə aparılan islahatların diaspor sahəsinə də təsirsiz ötüşmədiyini vurğulayıb və son dövrlər görülmüş işlər, əldə edilmiş nailiyyətlər, o cümlədən komitənin yeni yaradılmış radiosu və təqdim etdiyi onlayn xidmətlər barədə danışıb.
Diasporla iş üzrə Dövlət Komitəsinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra tədbir qeyri-rəsmi hissə ilə davam edib. Burada soydaşlarımızın çoxsaylı sualları cavablandırılaraq onların diaspor işi ilə bağlı təklifləri qeydə alınıb və Rusiyada diaspor işinin təkmilləşdirilməsi üçün ilkin olaraq Koordinasiya Şurasının yaradılması haqqında razılıq əldə olunub.
Belə görüşlərin Moskva şəhərindən sonra Rusiyanın digər regionlarında da keçiriləcəyi bildirilib.
Görüş çərçivəsində diaspor fəalları Ramiz Abutalıbov, Rauf Atolibəyov və Adil Hacınski Azərbaycan Cümhuriyyətinin 100 illiyi medalları ilə təltif ediliblər.







