Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq Gennadi Burbulis və Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcəklər
Diaspor
22 Fevral , 2017 12:01
Rusiya V Qlobal Bakı Forumunda iki nüfuzlu siyasətçi ilə təmsil olunacaq

Bakı. 22 fevral. REPORT.AZ/ Rusiya Federasiyasının sabiq dövlət katibi, baş nazirin müavini Gennadi Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadi Burbulisin çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.

V.Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. V.Trubnikov həmin dövrdə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edib.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda dünyanı narahat edən qlobal məsələlər - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi məslələr müzakirə ediləcək. 

Son xəbərlər

Orphus sistemi