Rusiya Dövlət Dumasında Moskva küçələrindən birinə Həzi Aslanovun adının verilməsi təklif edilib

Rusiya Dövlət Dumasında Moskva küçələrindən birinə Həzi Aslanovun adının verilməsi təklif edilib Müvafiq müraciət Rusiya prezidentinə, hökumət başçısına, Rusiya Dövlət Dumasının sədrinə göndəriləcək
Diaspor
109
24 Yanvar , 2018 16:30
Rusiya Dövlət Dumasında Moskva küçələrindən birinə Həzi Aslanovun adının verilməsi təklif edilib
Report

Moskva. 24 yanvar. REPORT.AZ/ Rusiya Dövlət Dumasında baş tutan tədbirdə Moskva küçələrindən birinin azərbaycanlı general-mayor, iki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış Həzi Aslanovun şərəfinə onun adı ilə adlandırılması təklif edilib.

"Report"un Rusiya bürosunun məlumatına görə, H.Aslanov şərəfinə təşkil olunmuş tədbirin təşkilatçısı qismində Moskvanın Oçakovo-Matveyevskoe rayonunda yaşayan Azərbaycanlıların Yerli Milli-Mədəni Muxtariyyəti (YMMM) çıxış edib.

Dövlət Dumasında keçirilən tədbirin iştirakçıları görkəmli sərkərdənin ümumi qələbəyə mühüm töhfə verdiyini qeyd ediblər. Tədbir zamanı həmçinin azərbaycanlı hərbçinin döyüş yolu ilə bağlı sənədli film nümayiş etdirilib.

Dövlət Dumasının deputatı Tamara Pletneva qəhrəmanlıq keçmişinin və millətlərarası birliyin rəmzi kimi Böyük Vətən Müharibəsinin dahi döyüşçülərinin xatirəsinin qorunmalı olduğunu vurğulayıb.

Öz növbəsində, Xususi Xidmət Veteranları İttifaqının Moskva vilayəti üzrə sədri Fyodor Nekrılov Rus inqilabının 100 illik yubileyi münasibətilə sonradan H.Aslanovun qohumlarına-davamçılarına verilməsi məqsədilə Oçakovo-Matveyevskoe rayonunda yaşayan Azərbaycanlıların Yerli Milli-Mədəni Muxtariyyətinin sədri, Dövlət Dumasının deputatının milli məsələlər üzrə köməkçisi Əli Kazımova medal təqdim edib.

Bununla yanaşı, tədbirdə Rusiya parlamentinin aşağı palatasının təşəbbüs qrupu Moskva küçələrindən birinin adının dəyişdirilərək Həzi Aslanov şərəfinə adlandırılması təklifini irəli sürüb. Müvafiq müraciət Rusiya prezidentinə, hökumət başçısına, Rusiya Dövlət Dumasının sədrinə göndəriləcək.

Qeyd edək ki, görkəmli Azərbaycan sərkərdəsi, tank qoşunları qvardiyasının general-mayoru Həzi Aslanov yanvarın 22-də dünyaya gəlib, yanvarın 24-də vəfat edib. Alman-faşist qoşunlarına qarşı qəhrəmancasına mübarizə apardığına görə, o, iki dəfə SSRİ-nin ən yüksək mükafatına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Son xəbərlər

Orphus sistemi