Qardabanidə koronavirusa yoluxanların sayı 41-ə çatıb

Qardabanidə koronavirusa yoluxanların sayı 41-ə çatıb Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.
Diaspor
24 İyul , 2020 10:43
Qardabanidə koronavirusa yoluxanların sayı 41-ə çatıb

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon meri Ramaz Budaqaşvili bildirib.

Onun sözlərinə görə, halların 3-ü Qaracalar, 2-si isə Birlik kəndində qeydə alınıb.

Bununla da, Qardabanidə COVID-19-a yoluxanların ümumi sayı 41-ə çatıb.

Qeyd edək ki, Qaracalar tam təcrid olunub, hüquq mühafizə orqanları kəndə giriş-çıxışa nəzarət həyata keçirir. 

Son xəbərlər

Orphus sistemi