Bakı. 3 aprel. REPORT.AZ/ “Qazaxıstanda bizim vətəndaşlarımız olan 130 min etnik azərbaycanlı yaşayır”.
“Report” xəbər verir ki, bunu aprelin 3-də Bakıda Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.
“Onlar bizim vətəndaşlarımızdır və bütün məsələlərə tam şəkildə qoşulublar. Bu, bizim ticari əlaqələrimiz üçün yaxşı körpüdür. Mən bilirəm ki, məhz onlar müştərək müəssisələr açır, biznes qurur və bizim münasibətlərimizi yaxşılaşdırmağa kömək edirlər. Fikrimcə, biz bunu dəstəkləməliyik.
Biz konkretlik barədə danışdıq. Konkretlik bazis, iqtisadiyyat deməkdir. İqtisadi münasibətlər, ticarət bizim maraqlarımız səviyyəsində deyil və bu gün bu barədə danışacağıq. Bunu necə etmək lazım olduğunu görürük”, - Nazarbayev əlavə edib.