Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib Polşada yaşayan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyası keçirir.
Diaspor
1018
16 İyul , 2020 18:50
Polşada Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

İyulun 16-da Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.

Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Azərbaycanın Varşavadakı səfirliyinin binasının qarşısında icazəsiz aksiya keçirmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimizi məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib.

Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 150 azərbaycanlı gənc kəsib.

Gənclərimizin səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmalarına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız əngəl olublar. Polis erməniləri dərhal ərazidən uzaqlaşdırıb.

Vətənpərvər soydaşlarımız isə Tovuz təxribatına, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıb, Azərbaycanın dövlət himnini, "Əsgər marşı"nı ifa edib, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.


*** 17:51

Polşada yaşayan azərbaycanlılar Azərbaycan Ordusuna dəstək aksiyası keçirir.

“Report” xəbər verir ki, nümayişlər Polşanın paytaxtı Varşavada Azərbaycan səfirliyinin qarşısındadır.

Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.

Məlumata görə, həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb.

Bildirilir ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edir.