Fransanın paytaxtı Paris şəhərində fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində Novruz bayramı keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Fransa Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin şagirdləri və ümumiyyətlə Fransanın paytaxtı və ətraf şəhərlərində yaşayan azərbaycanlı uşaqlar Novruz bayramını təntənəli şəkildə qeyd ediblər.
Azərbaycanlı uşaqlar bayram musiqilərimizi, milli rəqslərimizi ifa edib, Novruz bayramının ənənələrini əks etdirən səhnəciklər göstəriblər. Şənlikdə yumurta döyüşü və digər Novruz adətləri nümayiş olunub. Qonaqlara Novruz şirniyyatları da təqdim olunub.
Qeyd edək ki, Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində azərbaycanlı uşaqlarla yanaşı fransalı, rus, ukraynalı və digər xalqların uşaqlar da təhsil alırlar. Onlara Azərbaycan dili, həmçinin tarixi, coğrafiyası, milli atributları öyrədilir.










