Osloda Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb

Osloda Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb.
Diaspor
28 Dekabr , 2020 10:32
Osloda Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb
0 : 00
0 : 00

Norveçin paytaxtı Oslonun mərkəzindəki bir sıra ictimai yerlərdə Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırılıb.

"Report" xəbər verir ki, bu layihə Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan diaspor təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə həyata keçirilib.

Layihənin əsas məqsədi yerli ictimaiyyəti Qarabağ həqiqətləri barədə məlumatlandırmaq, müharibə zamanı baş verənlərə diqqət çəkməkdir.

Bilbordlarda üç məqam yer alıb: Birlikdə Qarabağda Azərbaycanın təhlükəsiz gələcəyinin qurulması üçün fəal şəkildə işləyə bilərik; Birlikdə sülh müqaviləsinə riayət olunmasına və ona hörmət edilməsinə səylər göstərilə bilərik; Birlikdə Azərbaycan ərazilərində humanitar aksiya çərçivəsində minalardan təmizləmə layihəsi keçirə bilərik.

Lövhələrdə dünya ictimaiyyətinin Ermənistanın azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərə diqqət yetirməyə çağırış da yer alıb.

Qeyd edək ki, bilbordlarda istifadə edilən fotoların bir hissəsi dünyaca məşhur fotoqraf Reza Deqati tərəfindən çəkilib.

Son xəbərlər

Orphus sistemi