Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər

Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.
Diaspor
29 İyul , 2020 13:09
 Azərbaycanlılar Niderland polisinə təşəkkür ediblər

Niderland Krallığında yaşayan azərbaycanlılar ölkə polisinin Haaqa şəhər bölməsinə təşəkkür məktubu ilə müraciət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, müraciətdə bildirilib ki, iyulun 17-də Azərbaycanın Niderlanddakı səfirliyinin önündə erməni icmasının 7 saatlıq aksiya keçirmək cəhdi əslində məkrli niyyətə xidmət edib. Onlar 30 il davam edən Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin ermənilər tərəfindən zəbt olunmasına və Qarabağdan çox uzaqda yerləşən Azərbaycan sərhəddində erməni silahlı qüvvələrinin atəşkəsi pozaraq hərbçiləri və mülki şəxsləri öldürməsinə etiraz edən azərbaycanlı icmasını qıcıqlandırmaq və təxribata cəlb etmək məqsədi güdüblər.

Buna görə də soydaşlarımız hər hansı təxribatın baş verməməsi üçün səfirliyin ərazisində toplaşaraq, ermənilərin yerli ictimaiyyətdən əsl həqiqəti gizlətmək və yalan məlumatlandırmaq cəhdinə etirazlarını bildiriblər. Amma azərbaycanlıların bu nəcib hərəkəti belə ermənilərin azğın əməllərə yol verməsinin qarşısını almayıb. Ermənilər dinc və sakit aksiya keçirəcəkləri haqqında verdikləri vədlərini pozaraq, insanların hisslərinə, sərhəddə öldürülən azərbaycanlıların ruhuna hörmətsizlik edərək, mitinq yerində diskoteka təşkil ediblər və insani dəyərlərlə bir araya sığmayan təhqiredici şüarlar səsləndiriblər. Bununla da kifayətlənməyib, səfirliyin həyətində toplaşan azərbaycanlılara şüşə su qabları və daş atmağa başlayıblar.

Soydaşlarımız xüsusilə qeyd ediblər ki, məhz mitinqə nəzarət edən polislərin erməni təxribatlarına vaxtında və çevik müdaxiləsi nəticəsində insidentlərin qarşısı alınıb və Belçikadakı hadisələr Niderlandda baş verməyib.

Son xəbərlər

Orphus sistemi