Bu gün Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.
"Report" xəbər verir ki, kitaba yerli alim, araşdırmaçı və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib.
Tanınmış ictimai xadimlər, media təmsilçiləri,
O, sözügedən kitabın yazılmasında prezident
T. Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib. Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüsün böyük əhəmiyyət daşıyır.
Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.