Monteneqro Prezidenti Azərbaycana gələcək

Monteneqro Prezidenti Azərbaycana gələcək Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak edəcəklər
Diaspor
15 Fevral , 2017 11:26
Monteneqro Prezidenti Azərbaycana gələcək

Bakı. 15 fevral. REPORT.AZ/ Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək. 

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 16-17-də keçiriləcək.

V Qlobal Bakı Forumunda Makedoniya Prezidenti George İvanov, Latviya Prezidenti Raymond Veyonis, Albaniya Prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ötən il keçirilən IV Qlobal Bakı Forumunda da iştirak edib.

Son xəbərlər

Orphus sistemi