Marneulidə COVID-19-a yoluxanların əksəriyyəti sağalıb

Marneulidə COVID-19-a yoluxanların əksəriyyəti sağalıb Gürcüstanın Marneuli rayonunda koronavirusa ümumilikdə 22 nəfər yoluxub.
Diaspor
7 May , 2020 11:29
Marneulidə COVID-19-a yoluxanların əksəriyyəti sağalıb

Gürcüstanın Marneuli rayonunda koronavirusa ümumilikdə 22 nəfər yoluxub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu rayonun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 15-i artıq sağalıb: “Marneulidə 38 nəfər özünütəcrid rejimindədir. 303 nəfərin koronavirusla bağlı testinin nəticəsi mənfi olub”.

Z.Darğallı qeyd edib ki, Marneulidə yaz əkin işləri davam etdirilir və rayon rəhbərliyi fermerlərə kənd təsərrüfatı məhsullarının satışını təşkil etməyə davamlı dəstək göstərir. 

Son xəbərlər

Orphus sistemi