Londonda Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilib

Londonda Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilib London. 21 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.
Diaspor
21 Oktyabr , 2018 19:32
Londonda Azərbaycanın Müstəqillik günü ilə bağlı tədbir keçirilib

London. 21 oktyabr. REPORT.AZ/ Böyük Britaniyanın paytaxtı Londonda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə tədbir keçirilib.

“Report”un London bürosunun məlumatına görə, Azərbaycan Evində baş tutan tədbirdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Himni səsləndirilib və Müstəqillik Günü ilə bağlı videoçarx nümayiş etdirilib.

Azərbaycan Evinin qurucusu Dr. Ali Tekin Atalar hər il 18 oktyabrda qeyd edilən Müstəqillik Gününün Azərbaycan tarixinin ən mühüm günlərindən biri olduğunu qeyd edib. O, azərbaycanlı və xarici qonaqlara Müstəqillik Gününün tarixindən danışıb:

“XX əsrin sonlarında kommunist Sovetlər Birliyinin dağılması ilə yaranan şərait nəticəsində Azərbaycan öz müstəqiliyini  bərpa edib. Müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş birinci Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Hazırlanan konstitusiya aktı 1991-ci ilin dekabrın 29-da Ümumxalq referendumunda müzakirəyə çıxarılıb və əhalinin 95 faizi ölkənin suverenliyinə, müstəqilliyinə səs verib”.

Daha sonra İngiltərədə dünyaya gələn gürcü əsilli antropoloq və etnoqraf, 50-dən çox akademik nəşrin müəllifi Tamara Dragadze çıxış edib. O çıxışında Azərbaycanla bağlı xatirələrinə toxunub və qonaqların Azərbaycan tarixi ilə bağlı suallarını cavablandırıb.

London Kollec Universitetinin magistri Turan Qafarlı tədbirdə çıxış edərək, bu önəmli günlə bağlı qonaqlar qarşısında fikirlərini bölüşüb.

Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin əməkdaşları Günel Səlimova və Ramin Ələkbərov da iştirak ediblər. Onlar çıxışlarında Müstəqillik Günü ilə bağlı danışaraq qeyd ediblər ki, bu cür tədbirlər Böyük Britaniyadakı Azərbaycan diasporunun bir araya gəlməsində mühüm əhəmiyyət kəsb edir.

Son xəbərlər

Orphus sistemi