Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 157-yə çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə bölgə qubernatoru Şota Rexviaşvili bildirib.
O deyib ki, bölgənin Tetritskaro rayonunda COVID-19 infeksiyasına 16, Bolnisidə isə 2 yeni yoluxma halı təsdiqlənib.
Qubernator Marneuli rayonu və Rustavi şəhərində virusun yayılmasının müşahidə olunmadığını qeyd edib.