Kvemo Kartlidə 70 nəfər koronavirusa yoluxub

Kvemo Kartlidə 70 nəfər koronavirusa yoluxub Gürcüstanda azərbaycanlıların yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 70-ə çatıb.
Diaspor
250
17 Aprel , 2020 12:51
Kvemo Kartlidə 70 nəfər koronavirusa yoluxub
0 : 00
0 : 00

Gürcüstanda azərbaycanlıların yaşadıqları Kvemo Kartli bölgəsində koronavirusa yoluxanların sayı 70-ə çatıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin 9-u sağalıb, 1-i isə dünyasını dəyişib.

Qubernator qeyd edib ki, Marneulidə tibb bacısının da koronavirusa yoluxması təsdiqlənib.

Ş.Rexviaşvili əlavə edib ki, bölgədə virusun yayılmasının qarşısının alınması üçün tədbirlər daha da sərtləşdiriləcək. 

Orphus sistemi