Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər

Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər Koreya Respublikasında fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı yerli ictimaiyyətə petisiya ünvanlayıb.
Diaspor
25 Fevral , 2022 18:36
Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər

Koreya Respublikasında fəaliyyət göstərən “Buta” Azərbaycan-Koreya Dostluq Assosiasiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı yerli ictimaiyyətə petisiya ünvanlayıb.

"Report" xəbər verir ki, Koreya Prezident Administrasiyasının və Koreya Parlamentinin saytlarında yerləşdirilmiş petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na kecən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyilə Xocalı şəhərini işğal etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı soyqırımı törətdiyi barədə məlumat verilib.

Bu addım koreyalıların diqqətini Xocalı soyqırımına cəlb etmək və onların “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma kampaniyasına fəal şəkildə qoşulmasına nail olmaq məqsədilə atılıb.

Son xəbərlər

Orphus sistemi