Dövlət Komitəsinin nümayəndələri Kahramanmaraşda Azərbaycan məhəlləsində görülən işlərlə tanış olublar

Dövlət Komitəsinin nümayəndələri Kahramanmaraşda Azərbaycan məhəlləsində görülən işlərlə tanış olublar Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini müavini Valeh Hacıyev Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörlə görüşüb.
Diaspor
12 Dekabr , 2023 13:07
Dövlət Komitəsinin nümayəndələri Kahramanmaraşda Azərbaycan məhəlləsində görülən işlərlə tanış olublar

Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini müavini Valeh Hacıyev Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörlə görüşüb.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) icraçı direktoru Əkrəm Abdullayevin və fondun icraçı direktor müavini Şahin Camalovun da iştirak etdiyi görüşdə çıxış edən Valeh Hacıyev səmimi qəbula görə bələdiyyə sədrinə öz təşəkkür edib, Azərbaycanla Türkiyə arasındakı qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib.

Kahramanmaraşa növbəti dəfə zəlzələdən zərərçəkənlərə humanitar yardım çatdırmaq üçün gəldiklərini deyən Valeh Hacıyev Azərbaycan xalqınınhəmişə türkiyəli qardaşlarının yanında olduqlarını vurğulayıb.

Hayrettin Güngör hər zaman göstərdikləri dəstəyə görə Azərbaycan xalqına, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Türkiyə xalqı adından təşəkkürünü bildirib və zəlzələdən zərərçəkmiş insanlara diqqət və qayğısını yüksək qiymətləndirib.

Bələdiyyə sədri Kahramanmaraşda Azərbaycanın dəstəyi ilə salınan Azərbaycan məhəlləsində görülmüş və bundan sonra da görüləcək işlər haqqında məlumat verib, ən qısa zamanda Kahramanmaraşın dirçəlməsində Azərbaycanın rolunu yüksək dəyərləndirib.

Nümayəndə heyəti Azərbaycanın dəstəyi ilə Kahramanmaraşda tikilən Azərbaycan məhəlləsinə də baxış keçirib, görülən işlərlə yaxından tanış olub. Tikintiyə rəhbərlik edən səlahiyyətli şəxslər görülən işlər barədə məlumat verib, Azərbaycana göstərdiyi dəstəyə görə öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ADDF tərəfindən göndərilən yardımlar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin həyatlarının yüngülləşdirilməsi və ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsidir.

Son xəbərlər

Orphus sistemi