Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib Bəyanatda həlak olmuş soydaşlarımızla əlaqədar başsağlığı verilib
Diaspor
26 Fevral , 2021 17:25
Kolumbiya parlamentində Xocalı soyqırımı barədə bəyanat qəbul edilib

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci ilin 26 fevral tarixində azərbaycanlı mülki əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü azyaşlı uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyi qeyd olunub.

Sənəddə bir sıra dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin anıldığı bildirilib.

Bəyanatda həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə Kolumbiyanın Azərbaycan hökumətinə, xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılıb.

Son xəbərlər

Orphus sistemi