Kiyev küçələrində “Xocalıya ədalət!” bilbordları yerləşdirilib

Kiyev küçələrində “Xocalıya ədalət!” bilbordları yerləşdirilib Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq
Diaspor
19 Fevral , 2021 17:52
Kiyev küçələrində “Xocalıya ədalət!” bilbordları yerləşdirilib

“Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən "Report"a verilən məlumata görə, bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna sakinlərini və xarici vətəndaşları məlumatlandırmaqdır. Bilbordlar Kiyevdə gediş-gəlişin daha sıx olduğu mərkəzi ərazilərdə - Lev Tolstoy, Bolşaya Vasilkovskaya, Qliboçitska, Seçevıx Streltsov küçələrində, Kiyev-Borispol avtomobil magistral yolunda yerləşdirilib.

Bilbordlarda Xocalı soyqırımını özündə təcəssüm etdirən “Ana fəryadı” heykəli əksini tapıb və “Xocalıya ədalət!” şüarı yazılıb.

Bilbordlar Ukrayna ərazisində fevralın sonlarına qədər mövcud olacaq.

Son xəbərlər

Orphus sistemi