Kiyevdə azərbaycanlılar və ukraynalılar Heydər Əliyevi anıb

Kiyevdə azərbaycanlılar və ukraynalılar Heydər Əliyevi anıb Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib. 
Diaspor
1832
12 Dekabr , 2017 19:16
Kiyevdə azərbaycanlılar və ukraynalılar Heydər Əliyevi anıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar Ulu Öndərin abidəsi önündə anım mərasimi keçirilib. 

"Report" xəbər verir ki, gün ərzində Azərbaycan diasporunun nümayəndələri, gənclər, bölgələrdə yaşayan soydaşlarımız da ümummilli lider Heydər Əliyevi anıblar. 

Anım mərasimində çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Parlament sədri Akif Gülməmmədov və Ukrayna Ali Radasının deputatı Nataliya Veselova ulu öndər Heydər Əliyevin ölkəmizin diaspor quruculuğundakı misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, müasir, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin uzaqgörən siyasəti bu gün dövlətimizin daha da qüdrətli olmasına gətirib çıxarıb.

Anım mərasimində həmçinin Ukraynadan olan deputatlar və ictimai xadimlər də iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi