Kişineuda Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq

Kişineuda Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq İşlərin razılaşdırılması yekunlaşmaq üzrədir
Diaspor
29 Mart , 2021 19:53
Kişineuda Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq

Moldovanın Kişineu şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin xatirə barelyefi qoyulacaq.

"Report"un xəbərinə görə, artıq Azərbaycanın Moldovadakı səfirliyi ilə Kişineu meriyası arasında barelyefin quraşdırılması üçün işlərin razılaşdırılması yekunlaşmaq üzrədir.

Dahi şairin xatirə barelyefi mərmərdən hazırlanıb və yaxın zamanda səfirliyin binasının küçə hissəsindəki divara qoyulacaq.

Xatırladaq ki, Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Nizami Gəncəvi 1141-1209-cu illərdə Gəncə şəhərində yaşayıb yaradıb. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir.

Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi