Kanadanın tanınmış ictimai xadimləri Şuşada olub

Kanadanın tanınmış ictimai xadimləri Şuşada olub Azərbaycanın ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ölkəmizə səfər edən Kanada nümayəndə heyəti Şuşada olub.
Diaspor
6 İyun , 2022 12:22
Kanadanın tanınmış ictimai xadimləri Şuşada olub

Azərbaycanın ədalətli mövqeyini və Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə ölkəmizə səfər edən Kanada nümayəndə heyəti Şuşada olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, nümayəndə heyəti Gəncə Qapısını, Cıdır düzünü, “Güllələnmiş heykəllər”in olduğu meydanı, Bülbülün ev muzeyini, Qazançı kilsəsini ziyarət ediblər.

Qonaqlara Ermənistan silahlı qüvvələri tərəfindən I və II Qarabağ müharibələri zamanı barbarcasına törədilmiş terrorizm və vandalizm aktları barədə ətraflı məlumat verilib.

Onlar Bakıya dönərkən Füzulinin Əhmədbəyli kəndində məcburi köçkünlər üçün salınmış müasir tipli yaşayış qəsəbəsindəki şəraitlə də tanış olublar.

Qonaqlar bundan əvvəl Gəncəyə səfər edib, Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket zərbələri endirdiyi əraziyə baş çəkiblər. Eyni zamanda onlar Gəncədə gənclərin əl işlərinin nümayiş etdirildiyi sərgini, Nuri Paşanın ev muzeyini və Xan bağını da ziyrət ediblər,

Qeyd edək ki, Kanada nümayəndə heyətində Kanadanın Milli Etnik Mətbuat və Media Şurasının İdarə heyətini üzvü, Kanada Birləşmiş İcmalarının Mətbuat Məşvərət Şurasının rəhbəri Toni Ruprext, jurnalist İnqa Söney-Kelner, Türk Federasiyasının xarici əlaqələr üzrə konsul əlaqələndiricisi İsmail Vataner, “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinin rəhbəri Lalin Həsənova təmsil olunur.

Son xəbərlər

Orphus sistemi