Kanada nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Kanada nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət
Diaspor
19 Sentyabr , 2023 09:55
Kanada nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Kanada İcmalar Palatasının üzvü, deputat Çandra Arya, Kanadanın nüfuzlu “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst və Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin həmtəsisçisi Nigar Əliyevadan ibarət nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qonaqlar ermənilərin azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törətdikləri mart soyqırımını insanlığa zidd barbarlıq adlandıraraq xatirə kitabına ürək sözlərini yazıblar.

Bundan sonra Kanada nümayəndə heyəti dağ yəhudilərinin kompakt şəkildə məskunlaşdığı Qırmızı Qəsəbəyə baş çəkib, sinaqoqların və Ümumdünya Dağ Yəhudilərinin Tarix-Etnoqrafiya Muzeyinin fəaliyyəti ilə tanış olublar. Səfər Roş-Ha-Şan bayramına təsadüf etdiyindən “Thej.ca” yəhudi media platformasının nəşriyyat direktoru Ron İst yeni il bayramını yəhudiəsilli Azərbaycan vətəndaşları ilə birgə qeyd etmək fürsətini böyük xöşbəxtlik adlandırıb.

Kanadalı parlamentar daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovla görüşüb. Qubanın tarixi, rayondakı multikultural və tolerant mühit, müxtəlif xalqların əsrlər boyu mehriban bir ailə kimi birgə yaşayışı, rayonun adət-ənənələri, iqtisadiyyatı, son illərdə rayonda görülmüş işlər, ölkəmizin inkişafı, əldə etdiyi naliyyətləri, torpaqlarımızın 30 illik işğaldan azad olunması haqqında qonağa geniş məlumat verilib. Ç.Arya müxtəlif etnosların Qubada sülh və əmin-amanlıq içində yaşamasını yüksək qiymətləndirib və bunu Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrinin bariz nümunəsi adlandırıb.

Xatırladaq ki, Qubaya səfər zamanı Kanada nümayəndə heyətini Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fidan Rüstəmzadə müşayiət edib.

Kanadalı parlamentarın Azərbaycana səfəri Diasporla İş üzrə Dövlət Komitəsinin “Beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə məlumatlandırılması” layihəsi çərçivəsində gerçəkləşdirilib.

Son xəbərlər

Orphus sistemi