Rusiyanın İvanovo şəhərində “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib

Rusiyanın İvanovo şəhərində “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib İvanovo şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib.
Diaspor
12 Dekabr , 2023 18:16
Rusiyanın İvanovo şəhərində “Heydər Əliyev İli” çərçivəsində tədbir təşkil edilib

İvanovo şəhərində “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən İvanovo Dövlət Filarmoniyasında təşkil edilmiş tədbirdə şəhər meriyasının, Dumasının, yerli ictimaiyyətin nümayəndələri, Azərbaycandan gələn qonaqlar və soydaşlarımız iştirak ediblər.

İki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə İvanovo şəhər Dumasının sədri Aleksandr Küzmiçov, şəhər meri Vladimir Şarıpov, “İvanovo Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Asif Məmmədov, Azərbaycan Milli Məclisinin deputatı Emin Hacıyev və başqaları çıxış ediblər. Görkəmli dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin güclənməsində, eləcə də iki qonşu ölkə arasında münasibətlərin möhkəmləndirilməsində, İvanovo regionunun inkişafı tarixində müstəsna rol oynadığı diqqətə çatdırılıb. Hazırda dövlətlərimiz arasında mövcud olan strateji tərəfdaşlıq və Azərbaycan icmasının vilayətin həyatında fəal iştirakı yüksək qiymətləndirilib.

Diasporla iş Üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Səfərov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində, o cümlədən Rusiyada görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş müxtəlif tədbirlərin keçirildiyi vurğulanıb: “Bu tədbir də bir daha göstərir ki, rus xalqının Heydər Əliyev şəxsiyyətinə məhəbbət və hörməti sarsılmazdır”.

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dahi şəxsiyyətin əsasını qoyduğu siyasi kursun uğurla davam etdirildiyi, Azərbaycan diasporunun ümummilli liderin vəsiyyətlərinə əməl edərək Rusiyanın, o cümlədən İvanovo vilayətinin tarixinə yeni mühüm səhifələr yazdıqları bildirilib.

Tədbirin bədii hissəsində Azərbaycanın xalq artistləri Samir Cəfərovun və Gülyanaq Məmmədovanın ifasında konsert proqramı təqdim edilib.

Tədbir çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi