İsveç Azərbaycanlılarının Koordinasiya Şurası açıqlama yayıb

İsveç Azərbaycanlılarının Koordinasiya Şurası açıqlama yayıb "Mən İsveç Azərbaycanlılarının Kordinasiya Şurasının Əlaqələndiricisi olaraq rəsmi məlumat verirəm ki, müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında ya
Diaspor
681
3 Avqust , 2020 18:21
İsveç Azərbaycanlılarının Koordinasiya Şurası açıqlama yayıb

"Mən İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi olaraq rəsmi məlumat verirəm ki, müxtəlif mətbuat orqanlarında və sosial şəbəkələrdə İsveçin Yöteborq şəhərində yaşayan Kənan Rüstəmova ermənilər tərəfindən təcavüz edilməsi haqqında yayılan məlumat tamamilə yanlışdır. Bu məlumatın yanlış olduğunu Kənan Rüstəmovun həyat yoldaşı Ülviyyə Nəcəfova təsdiqləyib və öz tərəfindən də rəsmi olaraq bütün mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan məlumatın yanlışlığı haqqında məlumat verib".

"Report"un məlumatına görə, bunları İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının Əlaqələndiricisi İradə Əliyeva Söderberg deyib. 

"Qeyd edim ki, Kənan Rüstəmov səhhəti ilə əlaqədar xeyli müddət bundan əvvəl həkimlər tərəfindən bu günə planlaşdırılmış əməliyyatdan keçib, hazırda xəstəxanadadır və səhhəti qənaətbəxşdir.

Kənan Rüstəmovun ailəsi və biz - digər azərbaycanlılar bu yanlış məlumatı təxribat kimi qiymətləndiririk və ümid edirik ki, yanlış məlumatın nə məqsədlə və kimlər tərəfindən yayıldığı tezliklə aydınlaşacaq.

Biz - İsveçdə yaşayan azərbaycanlılar dünyanın bir çox ölkələrində soydaşlarımıza qarşı olan hücum və təxibatlardan xəbərdarıq və yaşadığımız ölkədə soydaşlarımızı təxribatlara uymamağa, öz tələb və dəstəklərimizi sakit və qanuni yolla həyata keçirməyə səsləyərək tədbirlərimizi bu müstəvidən həyata keçiririk", - o əlavə edib. 

 

Orphus sistemi