İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək göstərildi

İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək göstərildi Türkiyənin İstanbul şəhərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.
Diaspor
13 İyul , 2020 03:20
İstanbulda yaşayan azərbaycanlı ailələrə dəstək göstərildi

Türkiyənin İstanbul şəhərində yaşayan aztəminatlı azərbaycanlı ailələrə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib. Mövcud vəziyyəti Diasporla İş üzrə Dövlət Komitəsi nəzarətə götürüb və onlara lazımi yardımlar göstərilir.

Xatırladaq ki, Türkiyədə qeyri-qanuni məskunlaşmış soydaşlarımızın problemlərinin araşdırılması və həlli ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının da daxil olduğu İşçi qrup bir sıra tədbirlər görüb.

Bunun nəticəsi olaraq, onlardan 18 nəfərinə Türkiyə Respublikasının müvəqqəti şəxsiyyət vəsiqəsi verilib, digər şəxslərin sənədlərinin hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.

Vüsalə Abbasova 

Son xəbərlər

Orphus sistemi