İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib 

İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib  Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşüb.
Diaspor
6 Aprel , 2024 13:01
İstanbulda sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib 

Türkiyənin İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib.

"Report" xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşündə bildirilib.

İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi