İstanbulda Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirilib

İstanbulda Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirilib Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.
Diaspor
26 İyun , 2021 16:11
İstanbulda Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə işgüzar səfəri davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində xarici ölkələrdə fəaliyyət göstərən 28 Koordinasiya Şurasının 42 təmsilçisinin iştirakı ilə Azərbaycanlıların Koordinasiya Şuralarının II Toplantısı keçirilib.

İclasda çıxış edən Komitə sədri bildirib ki, nümayəndə heyəti İstanbul səfəri çərçivəsində ilk olaraq burada müalicə alan qazilərimizə baş çəkib.

Toplantıda İkinci Qarabağ müharibəsindən sonra dəyişən prioritet istiqamətlər, ölkə həqiqətlərinin xarici mediada daha sıx işıqlandırılması və dünya ictimaiyyətinə çatdırılması və həmçinin, xarici media ilə əməkdaşlıq kimi vacib məsələlər müzakirə edilib.

Diaspor fəaliyyətinin inkişafına dair təkliflər səsləndirilib, gələcək perspektivlər müzakirə edilib.

Qeyd edək ki, sonda Koordinasiya Şuralarının hesabatları dinlənilib və YAŞAT marafonunun yekunları barədə danışılıb.

Son xəbərlər

Orphus sistemi