İsrailli mer: "Diaspor Komitəsinin dünyadakı azərbaycanlıları birləşdirmək səylərini yüksək qiymətləndirirəm"

İsrailli mer: "Diaspor Komitəsinin dünyadakı azərbaycanlıları birləşdirmək səylərini yüksək qiymətləndirirəm" "Uzun illərdir İsrail dövləti və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və əsl dostluq əlaqələri mövcuddur. Ən çətin vaxtlarda ölkələrimiz daim birlikdə olublar və bir-birini dəstəkləyiblər".
Diaspor
5 İyul , 2022 17:48
İsrailli mer: Diaspor Komitəsinin dünyadakı azərbaycanlıları birləşdirmək səylərini yüksək qiymətləndirirəm

"Uzun illərdir İsrail dövləti və Azərbaycan Respublikası arasında strateji müttəfiqlik və əsl dostluq əlaqələri mövcuddur. Ən çətin vaxtlarda ölkələrimiz daim birlikdə olublar və bir-birini dəstəkləyiblər".

"Report" xəbər verir ki, bunu İsrailin Maalot-Tarşiha şəhərinin meri Arkadi Pomeranets bildirib.

O söyləyib ki, Azərbaycanda 16 mindən çox yəhudi Azərbaycan xalqı ilə birlikdə qarşılıqlı hörmət və harmoniya şəraitində yaşayır, ölkənin mədəniyyətinə, iqtisadiyyatına və inkişafına töhfələr verir.

Azərbaycanda doğulub boya-başa çatdığını xatırladan A.Pomeranets qeyd edib ki, onun üçün iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrini və Azərbaycanın xüsusi mədəniyyətini qorumaq çox vacibdir. Buna misal olaraq o, 2019-cu ildə Maalot-Tarşiha və Quba şəhərləri arasında qardaşlaşma haqqında memorandumun imzalandığını göstərib.

“Azərbaycandakı etnik icmalar ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, onun vahidliyinin gücləndirilməsinə kömək göstərir və Azərbaycan mədəniyyətini dünya ictimaiyyətinə təqdim edir. Azərbaycan hökumətinin prioriteti olan bu siyasətin prinsipləri Diasporla İş üzrə Dövlət Komitəsinin vasitəsilə uğurla həyata keçirilir", - şəhər meri vurğulayıb.

A.Pomeranets Diasporla İş üzrə Dövlət Komitəsini dünyadakı və İsrail dövlətindəki azərbaycanlıları birləşdirmək və koordinasiya etmək istiqamətində səylərini yüksək qiymətləndirib.

O, Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

İsrailin Aşdod şəhər meriyası Diasporla İş üzrə Dövlət Komitəsini yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.

Merin müavini Eli Naxtın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova ünvanladığı məktubda bildirilib ki, 20 illik zəhmət öz bəhrəsini verir: “Aşdod şəhərində Azərbaycandan olan çoxsaylı icma öz birliyini və ehtiyacı olanlara kömək etmək bacarığını dəfələrlə sübut edib. Azərbaycanlıların öz mədəniyyəti və tarixi ilə fəxr etmələri təqdirəlayiqdir. Dilini, adət-ənənələrini qoruyub saxlayır və atadan oğula ötürürlər. Şübhəsiz ki, bu, Komitənin böyük xidmətidir.

Hörmətli cənab Muradov! Səmimi qəlbdən yubiley münasibətilə Sizi və həmkarlarınızı təbrik edir, tərəqqi, firavanlıq, ölkələrimiz arasında dostluq və mədəni əlaqələrin daha da möhkəmlənməsini arzulayıram”.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabr ayının 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının Birinci Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürülüb. 5 iyul 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzalayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi