İsraildə Heydər Əliyev və Azərbaycan yəhudiləri mövzusunda fotosərgi açılıb

İsraildə Heydər Əliyev və Azərbaycan yəhudiləri mövzusunda fotosərgi açılıb İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərginın açılış mərasimi keçirilib.
Diaspor
12 Dekabr , 2023 18:31
İsraildə Heydər Əliyev və Azərbaycan yəhudiləri mövzusunda fotosərgi açılıb

İsraildə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan yəhudiləri” mövzusunda fotosərginın açılış mərasimi keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərasimi giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin keçdiyi həyat yolunu, siyasi fəaliyyətinin müxtəlif mərhələlərini, onun rəhbərliyi altında yəhudi millətindən olan Azərbaycan vətəndaşlarının ölkəmizin müxtəlif sahələrinə layiqli töhfələrini əks etdirən sərgi barədə ətraflı məlumat verib.

Tədbirdə çıxış edən tanınmış jurnalist və siyasi şərhçi Mark Qorin öncə Azərbaycan və Ermənistan arasında tarixi bir hadisənin, uzun illər iki Qafqaz xalqı arasında davam edən fikir ayrılığına son qoyacaq sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın əldə olunması xəbərini iştirakçıların diqqətinə çatdırıb.

Sonra jurnalist “Ən mavi dəniz kənarında” adlı yeni kitabını təqdim edib. Kitabda jurnalistin Azərbaycanda keçirdiyi illərdən, yalnız Azərbaycanda bir yəhudi üçün baş verə biləcək uğurlu karyera yüksəlişindən, dəniz kənarında yerləşən Bakı şəhərində yaşayan mehriban, qonaqpərvər insanlardan, adı əsrlər boyu Azərbaycan tarixində qalacaq müdrik rəhbər Heydər Əliyevdən bəhs edilib.

Tədbir iştirakçılarının adından jurnalistə Heydər Əliyevin 100 illiyi münasibətilə ivrit dilində nəşr olunmuş “Öndə gedən” kitabı hədiyyə olunub.

Tədbirin bədii hissəsində jurnalist Lyudmila Kiselyovanın və şair Mixail Salmanın ifasında mahnılar və şeirlər səsləndirilib.

Son xəbərlər

Orphus sistemi