İsveçdə yaşayan Azərbaycan diasporu beynəlxalq ana dili gününü qeyd edib

İsveçdə yaşayan Azərbaycan diasporu beynəlxalq ana dili gününü qeyd edib Öz ana dilini yaxşı bilmək və qorumağın vacib və önəmli olduğu qeyd edilib
Diaspor
21 Fevral , 2018 22:01
İsveçdə yaşayan Azərbaycan diasporu beynəlxalq ana dili gününü qeyd edib

Bakı. 21 fevral. REPORT.AZ/ İsveçin Partille kommunasında Azərbaycan dili dərsinin müəllim-şagird heyəti və fəal valideynlərin iştirakı ilə beynəlxalq ana dili günü qeyd olunub.

“Report”un verdiyi xəbərə görə, tədbirdə qeyd olunub ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.

Bildirilib ki, hər bir insan öz ana dilini yaxşı bilməli və qorumalıdır və bu, xüsusilə xarici ölkələrdə yaşayan həmvətənlərimiz üçün vacib və önəmlidik.

"Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünya görüşünün artmasında, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsi ilə başqa xalqların mədəni irsi ilə tanş olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır", - deyə tədbir iştirakçıları bildiriblər.

Son xəbərlər

Orphus sistemi