İlhan Aşkın: "Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir"

İlhan Aşkın: "Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir" Bakı. 8 dekabr. REPORT.AZ/ Mənim rəhbərlik etdiyim Azərbaycan-Türk Kültür Dərnəyi Niderland Krallığında hər zaman Azərbaycan xalqının milli maraqlarını müdafiə edərək erməni lobbisinə qarşı mübarizə aparıb. 
Diaspor
8 Dekabr , 2017 16:16
İlhan Aşkın: Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Mənim rəhbərlik etdiyim Azərbaycan-Türk Kültür Dərnəyi Niderland Krallığında hər zaman Azərbaycan xalqının milli maraqlarını müdafiə edərək erməni lobbisinə qarşı mübarizə aparıb". 

Bunu "Report"a Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın deyib. 

İ.Aşkın bildirib ki, Azərbaycan dövləti də hər zaman onun xidmətlərini yüksək qiymətləndirib və çətin məqamlarında dəstək olub: "Mən və rəhbərlik etdiyim təşkilat heç bir vaxt Azərbaycan dövlətinin daxili işlərinə qarşımayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətini, Azərbaycan dövlətçiliyini hər zaman dəstəkləmiş və bunu dəfərlərlə bəyan etmişik. Avropada Azərbaycan dövlətçiliyi, milli maraqları naminə keçirilən bütün tədbirlərdə fəal iştirak etməyə çalışmışam. Azərbaycan dövləti də hər zaman mənim xidmətlərimi yüksək qiymətləndirib və çətin məqamlarda mənə dəstək olub. 2014-cü ildə Almelo şəhərində “erməni soyqırımı” abidəsinin tikintisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında işlətdiyim ifadələrə görə məhkəməyə verildikdən sonra Azərbaycan dövləti hüquqlarımın müdafiəsi üçün bütün zəruri addımları atıb".

O qeyd edib ki, Niderland Krallığında məhz onun təşəbbüsü və təşkilatçılığı ilə Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb: "Azərbaycandan Hollandiyaya gələn hər bir soydaşımız bu abidəni ziyarət etməklə Xocalı qurbanlarının xatirəsini yad etmək istəyir. Qarabağ, Xocalı məsələsi siyasi mövqeyindən asılı olmayaraq hər birimizin ağrılı yeri olduğu üçün biz hər kəsin bu istəyini nəzərə alıb onu abidənin ziyarətinə aparırıq. Müsavat Partiyasının başqanı Arif Hacılı və onun xarici siyasət məsələləri üzrə müavini Səxavət Soltanlının Xocalı abidəsini ziyarət etmək niyyətində olmasında da biz bir problem görməyərək onların bu istəyini reallaşdırdıq. Daha sonra dərnəyimizin ofisinə gəlmək istədiklərini bidirən qonaqların bu istəyinə qarşı çıxmadıq. Azərbaycan Prezidenti İlham Əliyevin portretinin və Azərbaycan bayraqlarının asıldığı ofisimizdə keçən görüşdə Azərbaycanın milli maraqlarını qorumağa hər zaman hazır olduğumuzu və bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti dəstəklədiyimizi, Azərbaycan dövlətinin yanında olduğumuzu bildirdik. Təəssüf edirəm ki, bəzi kütləvi informasiya vasitələri bu görüşlə bağlı tamamilə yanlış nəticə çıxararaq, bizim hansısa siyasi təşkilatı dəstəklədiyimizi ifadə edən məlumatlar yayıb. Bir daha bildirirəm ki, mən Azərbayca vətəndaşı deyiləm, Azərbaycandakı daxili siyasi münasibətlər sistemində də tərəf kimi çıxış etmək kimi bir iddiam olmayıb, bu gün də yoxdur. Bununla belə, bir azərbaycanlı kimi hesab edirəm ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Mən də Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bu siyasətin Azərbaycan üçün faydalı olduğuna heç bir şübhəm yoxdur. Bütün mediya nümayəndələrindən xahiş edirəm ki, öz Vətəni üçün xidmət etməyə çalışan, dəfələrlə təzyiqlərə və təhdidlərə məruz qalmasına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi faktları dünyaya çatırmaq üçün fədakarlıq göstərmiş insanlar haqqında dəqiq olmayan məlumat yaymasınlar".

Son xəbərlər

Orphus sistemi