Haaqada Ermənistanın mina xəritələrini təqdim etmədiyinə dair bilbordlar yerləşdirilib

Haaqada Ermənistanın mina xəritələrini təqdim etmədiyinə dair bilbordlar yerləşdirilib Bilbordlarda minalanmış ərazilərin və azərbaycanlı minaaxtaranların fotoları əks olunub
Diaspor
29 Aprel , 2021 16:21
Haaqada Ermənistanın mina xəritələrini təqdim etmədiyinə dair bilbordlar yerləşdirilib

Niderland Krallığında fəaliyyət göstərən Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşəbbüsü ilə Haaqa şəhərində quraşdırılmış bilbordlarda Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etmədiyinə diqqət cəlb olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bilbordlarda "Ermənistan mina xəritələrini verməməklə müharibə cinayətlərini törətməkdə davam edir", "İnsan ölümlərinə son qoyulsun", "Ermənistan minalanmış ərazilərin xəritəsini mütləq verməlidir", "Ermənistan, müharibə cinayətlərini dayandır", "Uşaqlar mina qurbanı olmasın!", "Minalanmış torpaqlarımızın xəritəsini istəyirik" kimi şüarlar, minalanmış ərazilərin və azərbaycanlı minaaxtaranların fotoları əks olunub.

Qeyd edək ki, aprelin 24-də müvafiq məzmunlu bilbord Niderlandın Barneveld şəhərində də yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi