Gürcüstanın vitse-spikeri Dmanisidə baş verənlərə münasibət bildirib
- 17 may, 2021
- 12:14
Yeniliklərdən dərhal xəbərdar olun!
“Etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar arasında zorakılıq yolverilməzdir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze deyib.
O bildirib ki, Dmanisidə baş vermiş insidentin milli zəmində qarşıdurma kimi təqdim olunması qəbuledilməzdir: “Bu, opponentlərimizin cəhdləridir və onlar cəmiyyətdə yanlış fikir yaratmaq istəyirlər”.
Vitse-spiker baş verənlərə polisin dərhal reaksiya verdiyini və qanunu pozanların müvafiq qaydada cəzalandırılacağını qeyd edib.
A.Talakvadze deyib ki, etnik azərbaycanlılar əsrlər boyu Gürcüstan cəmiyyətində yaşayıblar: “Azərbaycanlılar bizim vətəndaşlarımızdır. Etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlar arasında istənilən şiddəti qınayıram”.