Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan hökumətinə təşəkkür edib

Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan hökumətinə təşəkkür edib Azərbaycanın Təhsil Nazirliyinə Gürcüstana göndərdiyi dərsliklərə görə təşəkkür edirik.
Diaspor
5 Sentyabr , 2019 14:17
Gürcüstanın Təhsil Nazirliyi Azərbaycan hökumətinə təşəkkür edib

"Azərbaycanın Təhsil Nazirliyinə Gürcüstana göndərdiyi dərsliklərə görə təşəkkür edirik".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandulişvili jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökumətinin dəstəyi ilə Gürcüstandakı Azərbaycandilli məktəblərin şagirdləri yeni və müasir tərtibatda olan "Azərbaycan" və "Ədəbiyyat" dərslikləri ilə təmin olunur.

Departament rəhbəri qeyd edib ki, yeni dərs ili başlayana qədər nazirlik dərs vəsaitlərini məktəblərə çatdıracaq.

K.Xandulişvili bildirib ki, Azərbaycandan hər il göndərilən dərs vəsaitlərinin sayı məktəblərin ehtiyaclarının qiymətləndirilməsindən sonra müəyyənləşən kvotaya uyğun olur.

Son xəbərlər

Orphus sistemi