Gürcüstanın hakim partiyası azərbaycanlı gənclə bağlı açıqlama yayıb

Gürcüstanın hakim partiyası azərbaycanlı gənclə bağlı açıqlama yayıb “Şanay Brukun qətlində ittiham olunan şəxsin partiya mənsubluğu və siyasi proseslərdə iştirakı insinuasiya üçün əsas yaratmır”.
Diaspor
9 Sentyabr , 2021 13:02
Gürcüstanın hakim partiyası azərbaycanlı gənclə bağlı açıqlama yayıb
Mixeil Sarcveladze

“Şanay Brukun qətlində ittiham olunan şəxsin partiya mənsubluğu və siyasi proseslərdə iştirakı insinuasiya üçün əsas yaratmır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, parlamentin İnsan haqları Komitəsinin sədri Mixeil Sarcveladze qətli törətməkdə ittiham olunan Rafael Mursaqulovun partiyanın üzvü olması barədə yayılan məlumatları şərh edərkən deyib.

Onun sözlərinə görə, R.Mursaqulovun günahı sübuta yetirilərsə, məsuliyyətə cəlb olunacaq.

“Gürcü Arzusu”nun digər üzvü Givi Mikanadze öz növbəsində deyib ki, R.Mursaqulovun hakim partiyanın üzvü olmasına diqqət çəkmək yanlışıdr: “Bu gün internetdə və sosial şəbəkələrdə onun vaxtilə Vahid Milli Hərəkat Partiyasının fəal üzvü olması barədə məlumatlar yayılıb. Daxili İşlər Nazirliyi üçün cinayətdə ittiham olunan şəxsin partiya mənsubluğu heç bir əhəmiyyət kəsb etmir”.

Partiya rəsmisinin sözlərinə görə, “Gürcü Arzusu”nun on minlərlə tərəfdarı var və kimin hansı fikir və niyyətdə olmasını müəyyən etmək çətindir: “Gürcü Arzusu” konkret şəxs tərəfindən törədilmiş cinayət əməlinə görə heç bir məsuliyyət daşıya bilməz”.

Son xəbərlər

Orphus sistemi