Gürcüstanın Baş naziri azərbaycandilli yeni məktəbin açılışında iştirak edib

Gürcüstanın Baş naziri azərbaycandilli yeni məktəbin açılışında iştirak edib Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.
Diaspor
8 Aprel , 2022 13:17
Gürcüstanın Baş naziri azərbaycandilli yeni məktəbin açılışında iştirak edib

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonuna səfər edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, Kürdlər kəndində yeni inşa olunmuş azərbaycandilli ictimai məktəbin açılış mərasimində iştirak edib.

Hökumət başçısı bildirib ki, təhsil müəssisəsinin inşası təxminən 4 milyon lariyə başa gəlib. O, Marneulidə daha 7 məktəbin tikintisinin davam etdirildiyini vurğulayıb.

İ.Qaribaşvili yeni məktəbin müasir standartlara cavab verdiyini qeyd edib: “Məktəblər Avropa standarlarına uyğun olmalıdır. Bu cür şərait əlbəttə ki, təhsilin keyfiyyətinə müsbət təsir göstərəcək”.

Tədbirə ölkənin təhsil və elm naziri Mixeil Çxenkeli, Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Doxturişvili, Marneuli meri Kənan Ömərov və digər rəsmi şəxslər də qatılıblar.

Son xəbərlər

Orphus sistemi