Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru həbs olunub

Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru həbs olunub Müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub
Diaspor
20 Dekabr , 2018 13:03
Gürcüstanda azərbaycanlıların yaşadığı bölgənin sabiq qubernatoru həbs olunub
0 : 00
0 : 00

Tbilisi. 20 dekabr. REPORT.AZ/ Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsinin sabiq qubernatoru, müxalif Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan David Kirkitadze həbs olunub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, Qurcaani Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. 

D.Kirkitadze vəzifə borcunu yerinə yetirən polis əməkdaşına və polis nəqliyyat vasitəsinə hücumda ittiham olunur. Onu 4 ildən 7 ilədək həbs cəzası gözləyir.

O, günahkar olmadığını deyərək, saxlanılmasının siyasi qərar olduğunu bildirib.

Müdafiə tərəfi D.Kirkitadzenin girov müqabilində azadlığıa buraxılmasını tələb edib. Onun vəkili Georgi Kondaxişvili proses zamanı 27 deputatın D.Kirkitadzenin azad edilməsi xahişi ilə bağlı imzaladığı müraciəti təqdim edib.

Məhkəmə prosesi ilə yanaşı, Qurcaani Rayon Məhkəməsinin qarşısında “Güc birlikdədir” müxalif birliyinin tərəfdarları etiraz aksiyası keçirib. Məhkəmə binası qarşısına yüzlərlə polis əməkdaşı cəlb olunub. Aksiya ilə bağlı Qurcaaninin mərkəzi yolları bağlanıb.

Qeyd edək ki, D.Kirkitadze 2008-2013-cü illərdə Kvemo Kartlinin qubernatoru olub. Dekabrın 16-da Gürcüstan Prezidenti Salome Zurabişvilinin inauquraiya mərasiminin keçirildiyi Telavi şəhərinə yollanan müxalifətçilərlə polis arasında qarşıdurma baş verib. Nəticədə 10-a yaxın polis əməkdaşı xəsarət alıb. 

Son xəbərlər

Orphus sistemi