Gürcüstanda milli azlıqları koronavirusla bağlı məlumatlandırma davam edəcək

Gürcüstanda milli azlıqları koronavirusla bağlı məlumatlandırma davam edəcək “Milli azlıqlar arasında koronavirusla bağlı intensiv məlumatlandırma kampaniyası davam etdiriləcək”.
Diaspor
4 May , 2020 13:25
Gürcüstanda milli azlıqları koronavirusla bağlı məlumatlandırma davam edəcək

“Milli azlıqlar arasında koronavirusla bağlı intensiv məlumatlandırma kampaniyası davam etdiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvili brifinqdə bildirib.

Onun sözlərin görə, martın əvvəlindən etibarən müxtəlif etnik mənsubiyyətli vətəndaşların yaşadığı bölgələrə yarım milyondan çox çap materialı çatdırılıb və "qapıdan-qapıya" prinsipi üzrə paylanılıb: “Bilirsiniz ki, rəsmi www.stopcov.ge saytı müxtəlif dillərdə, həmçinin abxaz, osetin, Azərbaycan və erməni dillərində də fəaliyyət göstərir. Milli azlıqları təmsil edən vətəndaşlar sayt üzərindən ana dillərində informasiya əldə edə bilirlər. Çap etdirdiyimiz materiallar da həmin saytda yerləşdiriləcək”.

Xatırladaq ki, bu gün Gürcüstanın baş naziri Giorgi Qaxaria etnik azlıqların yaşadığı bölgələrdə məlumatlandırma tədbirlərinin gücləndirilməsi ilə bağlı tapşırıq verib.    

Son xəbərlər

Orphus sistemi