Gürcüstanda ən populyar Azərbaycan soyadları məlum olub

Gürcüstanda ən populyar Azərbaycan soyadları məlum olub Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılan soyadların ilk onluğunun siyahısınıtərtib edib.
Diaspor
21 İyul , 2020 11:20
Gürcüstanda ən populyar Azərbaycan soyadları məlum olub

Gürcüstanın Dövlət Xidmətlərinin İnkişafı Agentliyi ölkədə ən çox yayılan soyadların ilk onluğunun siyahısını tərtib edib.

“Report”un yerli bürosu xəbər verir ki, Məmmədov soyadı siyahıda 5-ci yeri tutub.

Hazırda ölkədə bu soyadı 14 864 nəfər daşıyır.

Qadın soyadları arasında isə Məmmədova 2-ci yerdə qərarlaşıb. Gürcüstanda bu soyadlı 12 958 nəfər yaşayır.

Digər Azərbaycan soyadı – Əliyev isə qonşu ölkədə geniş yayılan soyadların ilk 20-liyində yer alıb. Əliyev soyadını 9 060 kişi, Əliyeva soyadını isə 8 960 qadın daşıyır. 

Son xəbərlər

Orphus sistemi